“Biznesmen Mustafayevi və arvadını ömürlük həbs gözləyir...”- Peterburqda səs-küylü cinayət


“Biznesmen Mustafayevi və arvadını ömürlük həbs gözləyir...”-


Dekabrın 25-də axşam saatlarında idarə etdiyi “Range Rover” avtomobili ilə Rusiyanın Sankt-Peterburq şəhərində məktəbliləri daşıyan avtobusun qarşısını kəsən və sürücünü bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevi və yaralı sürücüyə küt alətlə zərbə endirən arvadı Zülfiyyə Saitmuratovanı ömürlük həbs gözləyir. Virtualaz.org xəbər verir ki, bunu Sankt-Peterburq İstintaq Komitəsinin rəhbərinin KİV-lərlə iş üzrə baş köməkçisi, polkovnik Sergey Kapitonov bildirib.



Kapitonov deyib ki, sürücüyə çoxsaylı bıçaq zərbələri endirən, bu gün səhər könüllü istintaqa təslim olan Ə.Mustafayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsadət hazırlanır. Onun vətəndaş nigahında yaşadığı arvadı Zülfiyyə Saitmuratovanın isə axtarışları davam edir. Bu səs-küylü cinayətə görə xuliqanlıq zəminində qəsdən adam öldürməyə görə şübhəlilərin barəsində cinayət işi qaldırılıb. “Həmin maddənin ağırlaşdırılmış hal üzrə tətbiqi şübhəlilərin ömürlük həbs cəzası ilə cəzalandırılmasını nəzərdə tutur”-polkovnik Kapitonov deyib.

“Biznesmen Mustafayevi və arvadını ömürlük həbs gözləyir...”-


İlkin məlumatlara görə Ə.Mustafayev avtobus sürücüsünü azyaşlı uşaqların qarşısında bıçaqlamasını söyüşlə əlaqələndirib. İstintaqa ifadəsində deyib ki, avtobus sürücüsü onu arvadının yanında söyüb, bu səbəbdən sürücü ilə dava edib. Dava zamanı avtobus sürücüsü onu boğmağa çalışdığı üçün bıçağa əl atıb. Mustafayevin bildirdiyinə görə, arvadı ilə hadisədən sonra ayrılıblar və onun hazırda harada olduğunu bilmir.

Xatırladaq ki, bu hadisə geniş rezonans doğurub. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işi şəxsi nəzarətinə götürüb və şübhəlilərin tezliklə tapılması üçün göstəriş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu