Rusiyada azərbaycanlı qadının boğazını kəsdilər


Rusiyada azərbaycanlı qadının boğazını kəsdilər


Leninqrad əyalətinin Myaqkovo kəndində dekabrın 26-da sakinlər ərzaq mağazasının yaxınlığında yaralı qadın aşkar ediblər.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, qadın boğazı kəsilmiş halda və ətrafdakılardan kömək diləyən vəziyyətdə tapılıb.

Sakinlər dərhal tibbi yardım çağıraraq qadını xəstəxanaya çatdırıblar.

Qadının xəsarəti ağır olduğundan özü və hadisənin təfərrüatı barədə məlumat verə bilməyib. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Polisin apardığı araşdırmalar nəticəsində qadının 25 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub.

Bildirilir ki, qadını naməlum şəxs bıçaqlayıb və hadisə yerindən “Şevrole” markalı avtomobilə əyləşərək qaçıb. Avtomobilin nömrələri artıq müəyyənləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu