40 yaşlı Gəncə sakini öldürüldü, maşını yandırıldı


40 yaşlı Gəncə sakini öldürüldü, maşını yandırıldı


Ağstafada dəhşətli qətl törədilib.

APA-nın məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

S.Əliyevin qətlə yetirildiyi məlum olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu