DİN tanınmış xanıma insan alverinə görə cinayət işi açdı


DİN tanınmış xanıma insan alverinə görə cinayət işi açdı


Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.



AFN lent.az-a istinadən xəbər verir ki, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün lent.az-ın əməkdaşı T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərə cavab verməyib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu