Şirvanda piyadanı vurub qaçan sürücü saxlanıldı


Şirvanda piyadanı vurub qaçan sürücü saxlanıldı


Bu gün səhər saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Nəsibə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. Avtoqəza nəticəsində N.Xəlilova elə hadisə yerindəcə ölüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Emin Abbasov saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu