Lotu Qulinin adamları Kiyevdə cinayət başında yaxalandı- Dəstə üzvlərinə qarşı əməliyyat...


Lotu Qulinin adamları Kiyevdə cinayət başında yaxalandı-


Kiyevdə azərbaycanlı iş adamlarının pul tələbilə oğurlanıb aparılması və Ukrayna hüquq-mühafizə orqanlarının isə törədilən serial cinayətlərə laqeyd yanaşması son günlərin həm maraq, həm də narahatlıq yaradan informasiyalarından idi.



Moderator.az Kiyevdəki etibarlı mənbələrindən indilərdə çox ilginc informasiyalar alıb. Qeyd edək ki, bir neçə gün öncə Kiyevdə yaşayan azərbaycanlılar DİN qarşısında bu cinayətlə əlaqədar etiraz mitinqi keçirmişdilər. Bir neçə gün əvvəl Kiyevdə Lotu Qulinin adamları tərəfindən oğurlandığı iddia edilən, soydaşımız, əslən Şəkidən olan Hikmət Abdullayev Ukrayna xüsusi xidmət orqanları ilə Urayna DİN –in birgə hazırladığı əməliyyat nəticəsində son anda azad olunub. Əgər əməliyyat bir saat da geciksəydi Lotu Qulinin yaxın qohumlarından olan Polad və onun cinayətkar dəstəsi Hikmət Abdullayevi istənilən məbləği ödəmədiyinə görə qətlə yetirəcəkdilər.
Hikmət Abdullayev Kiyevdə oğurlanıb və cinayətkarların şəhər ətrafındakı kirayədikləri evdə işgəncə verilərək saxlanılırmış. Axşam saat 19.30 radələrində həyata keçirilən əməliyyat nəticəsində orda olan cinayətkar dəstənin bütün üzvləri həbs edilib. Cinayətkarların tez-tez Bakı ilə əlaqə saxladıqları məlum olub. (Telefon danışıqları və Bakıya hansı mobil nömrəyə vurulan zənglər də təsbit olunub). Bu cinayətdə iştirak edən dəstə üzvlərinin hamısı məlumdur və çoxu həbs olunub, hal-hazırda qalanlarının da həbs olunması üçün əməliyyat-axtarış tədbirləri davam edir.

Hadisələrin gedişi diqqətdə saxlanır və əlavə məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu