Xalasının ərini iki yumruq zərbəsi ilə öldürdü- şok VİDEO


Xalasının ərini iki yumruq zərbəsi ilə öldürdü-


Abşeron rayonu Saray qəsəbəsində törədilmiş qətlin görüntüləri yayılıb.

Qəsəbə sakini - "Kürd Vüqar" adı ilə tanınan Vüqar Hüseynov 1963-cü il təvəllüdlü Muğan Salikovu iki yumruq zərbəsi ilə öldürüb. Onun xalasının həyat yoldaşı olan M.Salikovu vurub öldürməsi anı ərazidəki müşahidə kameralarına düşüb. Həmin görüntüləri ARB telekanalına istinadən təqdim edirik:

10:15

Saray qəsəbəsində. Lent.az xəbər verir ki, Vüqar Hüseynov adlı şəxs qəsəbə sakini, 1963-cü il təvəllüdlü Salikov Muğan Əfqan oğlunu döyərək öldürüb. Belə ki, "Kürd Vüqar" ləqəbi ilə tanınan şəxs M.Salikovu Saraydakı "Qatar" restoranının qarşısına çağırıb. Burada o, 55 yaşlı kişiyə zərbələr endirib. Ağır vəziyyətdə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilən M.Salikov vəfat edib.

Qeyd edək ki, hadisəni törədən V.Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənovu qətlə yetirən Fədail Hüseynovun qardaşıdır. Həmin cinayətdən sonra saxlanılan V.Hüseynov daha sonra qətlin Fədail tərəfindən törədilməsi üzə çıxandan sonra sərbəst buraxılmışdı.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu