“Piter Elçin”in qardaşını kim öldürtdürüb?- Qatillər sifarişçinin adını gizlədirlər

Xəbərin çap versiyası
Tarix: 20-01-2018, 16:01    |    Xəbər oxunub: 1 921 dəfə
“Piter Elçin”in qardaşını kim öldürtdürüb?-


Sankt-Peterburq şəhər Məhkəməsində “Piter Elçin” kimi tanınan kriminal avtoritetin qardaşı, “Sofiysk” meyvə-tərəvəz bazasında güllələnən Maarif İsmayılovun qətli ilə bağlı ittiham olunanların məhkəmə prosesi keçirilib.



Rusiya mətbuatı xəbər verir ki, əslən azərbaycanlı olan, dəfələrlə məhkumluq həyatı yaşayan Vüsal Əsgərov, onunla birgə mühakimə olunan Əfqan Əliyev 43 yaşlı Maarif İsmayılovun sifarişli qətlində, “Piter Elçin”ə qarşı sui-qəsdin təşkilində və qanunsuz silah saxlamaqda ittiham ediliblər. Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər.

V.Əsgərov məhkəməyə verdiyi ifadəsində özünü qətlin təşkilatçısı hesab etmədiyini deyib. O, həmçinin məhkəməyə M.İsmayılovun qətlini kimin sifariş etdiyini də açıqlamayıb.

Onunla birgə müttəhimlər kürsüsünü bölüşən Ə.Əliyev isə ümumiyyətlə özünü günahkar hesab etməyib. Yeganə “təqsirinin” qanunsuz silah gəzdirmək olduğunu “etiraf” edən Ə.Əliyev məhkəmə iştirakçılarını qətlin təşkilindən xəbərsiz olduğuna inandırmağa çalışıb.

İstintaqın gəldiyi nəticəyə görə, “Piter Elçin”in yuxarıda adları çəkilən şəxslərlə münasibətləri yaxşı olmayıb.

Əksinə, münasibətlər o qədər kəskin xarakter alıb ki, qarşı tərəfdəkilər hətta “Piter Elçin”i aradan götürməklə bağlı aralarında plan cızıblar. Bu qətlin icrası üçün isə Emil Hüseynova 4 milyon rubl vəd edilib.

İttihamda yazılanlara görə, Sankt-Peterburqdan gedən “Piter Elçin”in izinə düşə bilməyən cinayətkarlar onun qardaşını öldürməyi qərara alıblar. Buna görə də plan dəyişib. Qardaşının dəfnində iştirak etmək üçün onun şəhərə qayıdacağını güman ediblər. Məhz növbəti qətli də elə dəfn günü həyata keçirəcəklərini planlaşdırıblar...

Məhkəmə prosesi zamanı o da məlum olub ki, qətlin həyata keçirilməsi üçün V.Əsgərova 10 milyon rubl pul mükafatı vəd olunsa da, Ə.Əliyev sözügedən cinayətə 3 milyon rubla razılaşıb.

Xatırladaq ki, “Sofiysk” meyvə-tərəvəz bazasında biznesmen, “Məşədi” ləqəbli M.İsmayılovu güllələyən 27 yaşlı Emil Hüseynov bazardan qaçmaq istəsə də həmin vaxt digər azərbaycanlılar onu yaxalayıblar. E.Hüseynovu qəddarcasına döyərək qətlin sifarişini kimdən aldığını soruşublar (Sözügedən kadrlar internetdə də yerləşdirilib).

Qətli həyata keçirən killer Emil Hüseynov Sankt-Peterburq şəhərinin Frunze rayon məhkəməsi tərəfindən mühakimə edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum olunub. (virtualaz.org)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Amerika Yəhudi Komitəsinin prezidenti İlham Əliyevlə danışıqlarda

Amerika Yəhudi Komitəsinin prezidenti İlham Əliyevlə danışıqlarda

Arif Qasmımov müəllimləri hədələyərək stadiona gətirir-

Arif Qasmımov müəllimləri hədələyərək stadiona gətirir- FOTOLAR

Qənirə Paşayeva Hollandiya parlamentinin qərarı və Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına sərt etiraz edib

Qənirə Paşayeva Hollandiya parlamentinin qərarı və Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına sərt etiraz edib

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Magistraturaya qəbul imtahanı keçirilib

Magistraturaya qəbul imtahanı keçirilib

Afrində türk əsgər şəhid olub

Afrində türk əsgər şəhid olub

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın SOYQIRIM KEÇMİŞİ

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

Hərbçiləri daşıyan avtobus aşdı-

Hərbçiləri daşıyan avtobus aşdı- xəsarət alanlar var

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə:

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur