Gəncədə gecə klubunda kütləvi dava olub- 3 nəfər bıçaqlanıb


Gəncədə gecə klubunda kütləvi dava olub-


Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.



"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib. "X-Club" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu