Gülər Əhmədovanın vəkili dələduzluqla ittiham edildi- HÖKM


Gülər Əhmədovanın vəkili dələduzluqla ittiham edildi-


Sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun barəsində olan cinayət işi üzrə məhkəmə başa çatıb.



Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Əfsər Talıbova 5 il cəza verib. Ona Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tətbiq edilib. Barəsində 2 il sınaq müddəti seçilib. Lakin prokuror Əfsər Talıbova verilən cəza ilə razılaşmayaraq protest verib. Əfsər Talıbovun işi Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Həmin şikayət məhkəmənin hakimi Əmir Bayramovun icraatına verilib, fevralın 1-də ilkin baxış olacaq.

Qeyd edək ki, vəkil Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Mehman Səmədovun 22 min 900 manat pulunu dələduzluq yolu ilə keçirib.

Ə.Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olmasını, yalandan satmasını bildirib və müştəri tapmasını xahiş edib. X.Hətəmov ona M.Səmədovun mənzili almaq istədiyini deyib.

“Kamran” MTK hüquqi yardım göstərən Ə.Talıbov adıçəkilən MMC-nin təsisçisi Tofiq Babayevdən guya Mehman Sadıqova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə “Kamran” MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını xahiş edib. Borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib.

Vəkil dələduzluq və rüşvət verməyə təhrikçilik əməli ilə təqsirli bilinib

Məhkəmə prosesi zamanı tərəflər arasında barışıq imzalanıb. Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində vəkilə qarşı heç bir şikayəti və tələbi olmadığını deyib. (lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu