Ali Məhkəmə hakiminin dələduzluqda təqsirləndirilən qardaşına hökm oxundu


Ali Məhkəmə hakiminin dələduzluqda təqsirləndirilən qardaşına hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.



Prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmə M.Kərimovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. M.Kərimov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

İttihama görə, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunub. M.Kərimov barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib. Ə.Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu