Qadın baş redaktora AĞIR CƏZA


Qadın baş redaktora


Dələduzluqda təqsirləndirilən "Ata yolu" qəzetinin baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə başa çatıb.




Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Samirə Nəsirova 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, S.Nəsirova bir neçə nəfərə qarşı onları Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı ilə dələduzluq edib. Onun işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S. Nəsirovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Samirə Nəsirova həbs edilməzdən bir neçə ay əvvəl evindən 48 min dollar və qızıllarının oğurlandığını bildirmişdi. (lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu