Saxta pul satanlar yaxalandı- ƏMƏLİYYAT

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 10:51    |    Xəbər oxunub: 741 dəfə
Saxta pul satanlar yaxalandı-


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.



AFN Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11700 saxta manatı 2900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Saxta pul satanlar yaxalandı-


Saxta pul satanlar yaxalandı-

Saxta pul satanlar yaxalandı-

Saxta pul satanlar yaxalandı-

Saxta pul satanlar yaxalandı-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

“Bakubus” avtobusu qəzaya düşdü

“Bakubus” avtobusu qəzaya düşdü

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur