Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb


Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb


Fevralın 16-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.



DİN-in Mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu