Moskvada biznesmen Anar Əliyev güllələnərək öldürülüb- VİDEO


Moskvada biznesmen Anar Əliyev güllələnərək öldürülüb-


Bu gün Moskvada naməlum killer tərəfindən güllələnən azərbaycanlı biznesmen Anar Əliyev xəstəxanada keçinib.



Bu haqda life.ru xəstəxana mənbələrinə istinadən xəbər verir. Biznesmenin aldığı güllə yaraları ağır olduğundan həkimlər onu xilas edə bilməyiblər.

Mash teleqram-kanalı sui-qəsd anının videosunu yayıb.

Atıcı “Lexus”a avtodayanacaqdan çıxanda atəş açıb. Xarici avtomobil evin yanında dayanıbmış. Maşın dörd yol ayrıcına çatanda naməlum şəxs ona tərəf qaçıb və sürücünün başına güllə sıxıb.

Bundan dərhal sonra məlum olub ki, killer Azərbaycandan olan biznesmen Anar Əliyevi yaralayıb. Zərərçəkənin sürətli qidalanma müəssisələri şəbəkəsinə (“fast-food”) rəhbərlik etdiyi bildirilir. (virtualaz.org)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu