Baş Prokurorluq Salyanda DYP postuna silahlı hücum haqda


Baş Prokurorluq Salyanda DYP postuna silahlı hücum haqda


Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum edən Orxan Bağırov barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə) maddələri ilə cinayət işi başlanıb.



Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, Salyan Rayon Məhkəməsinin qərarı ilə O.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Xatırladaq ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda qeydə alınıb. Salyan şəhəri, Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 1982-ci il təvvəllüdlü polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu