Araz Qalimov Azərbaycan vasitəsi ilə narkotik qaçaqmalçılığında ittiham edilir


Araz Qalimov Azərbaycan vasitəsi ilə narkotik qaçaqmalçılığında ittiham edilir


Dağıstanda respublika gömrüyünün evində axtarış aparılan rəis müavini Araz Qalimov saxlanılıb.



Virtualaz.org bildirir ki, bu barədə region hökumətinə yaxın mənbəyə istinadən RBK məlumat yayıb.

Düzdür, bəzi yerli KİV-lər axtarışla bağlı xəbəri təsdiqləməyiblər. Amma etiraf ediblər ki, orada hansısa "istintaq hərəkətləri aparılır".

RBK-ya məlumat verən mənbənin sözlərinə görə isə istintaqda respublikanın Azərbaycanla cənub sərhədi vasitəsilə qaçaqmalçılığa və narkotrafikə dair şübhələr var.

Respublika hökumətinə yaxın mənbə RBK-ya həmçinin bildirib ki, Qalimovdan başqa gömrük bölmələrindən birinin rəisi də saxlanılıb. "Region onlayn" portalı isə dünən regionda gömrüyün üç əməkdaşının tutulması haqda xəbər yaymışdı. Nəşrin məlumatına görə, onları rüşvət verməyə təhrikdə ittiham edirlər. Saxlananların arasında yoxlama şöbəsin rəisi də var.

Xatırladaq ki, Dağıstanın başçısı vəzifələrini müvəqqəti icra edən Vladimir Vasilyev noyabrda diqqəti respublika gömrüyünün işindəki problemlərə yönəltmişdi. Onda o, Azərbaycanla sərhəddəki gömrük terminalında TIR sürücülərindən qanunsuz haqq yığılması ilə bağlı informasiyaları yoxlamaq barədə tapşırıq vermişdi.

Xatırladaq ki, Federal Təhlükəsizlik Xidməti dünən Dərbənt rayonunun başçısı Məhəmməd Cəilovu da saxlayıb. O, səlahiyyət həddini aşmaqda ittham olunur.

İstintaqın məlumatına görə, M.Cəilov Dərbəndin başçısı səlahiyyətlərini icra edərkən yerli sakinlərə qanunsuz olaraq torpaq sahələrinin ayrılması barədə qərarlar imzalayıb.

Onu da xatırladaq ki, Dərbənd rayonu Azərbaycanla sərhədə yaxın yerdə - Xəzər dənizinin sahilində yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu