Məşhur mafiya babası həbs olundu


Məşhur mafiya babası həbs olundu


Daha öncə həbsxanaya konvoyla getməsi şousu ilə gündəmə gələn və ictimaiyyət arasında "Çərkəz Çingiz" olaraq tanınan Çingiz Şıklaroğlu həbs olunub.



Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, o, İstanbul Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ilə Beykoz Polis Şöbəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Beykozda bir evə edilən basqın zamanı ələ keçirilib. Onunla birgə başqa bir şübhəli də saxlanılıb. Əməliyyat zamanı evdən 14 ov tüfəngi, 1 tapança və çoxlu sayda mərmi aşkar edilərək götürülüb.

Qeyd edək ki, "Çərkəz Çingiz" 2005-2016-cı illərdə hərbi cinayətkar dəstəyə liderlik etmək, casusluq, Çeçenistan lideri Ramzan Kadırova sui-qəsd cinayətlərindən ittiham edilmiş, lakin yetərli dəlil olmadığından sərbəst buraxılmışdı. 2016-cı ildə isə Suriyada yaşayan türkmənlərə yardım etməsi üçün bir sıra iş adamlarını hədələyərək sənəd imzalatması iddiaları ilə ittiham olunmuş və 10 aylıq həbs cəzası almışdı. Maraqlı isə budur ki, onu həbsxanaya qədər 100 maşından ibarət konvoy yola salmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu