Şabranda 18 yaşlı gəncin müəmmalı ölümünün təfərrüatları məlum olub


Şabranda 18 yaşlı gəncin müəmmalı ölümünün təfərrüatları məlum olub


Xəbər verdiyimiz kimi, martın 3-də Şabranda fevralın 26-da itkin düşmüş 18 yaşlı Elton Siyasət oğlu Əzimovun meyiti aşkarlanıb.



AFN “Sputnik”ə istinadən xəbər verir ki, gəncin meyiti Xəlifələr kəndi yaxınlığında dağın yamacında tapılıb. Faktla bağlı cinayət işi başlanıb.

Bildirildiyinə görə, meyit üzərində zorla qətlə yetirmə izləri aşkar olunmayıb. Lakin 18 yaşlı oğlanın sümüklərində çoxsaylı sınıqlar müəyyən edilib. Sınıqların böyük hündürlükdən yıxılma nəticəsində yarana biləcəyi güman olunur. Ola bilsin ki, gənc dağdan yıxılıb, yaxud özünü hündürlükdən ataraq intihar edib.

Məlum olduğuna görə, Əzimov heç bir yerdə oxumayıb və işləməyib.

Faktla əlaqədar araşdırma davan edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu