Telman İsmayılovun şəxsi killerinə 13 il həbs verildi


Telman İsmayılovun şəxsi killerinə 13 il həbs verildi


Moskva məhkəməsi biznesmen Telman İsmayılovun şəxsi killeri hesab olunan Mehman Kərimovu 13 il həbs cəzasına məhkum edib.



Bu barədə məhkəməyə istinadən RenTV xəbər yayıb.

Qeyd olunur ki, Krasnoqorsk şəhər məhkəməsi M.Kərimovu sahibkarlar Vladimir Savkinin və Yuri Brilyovun qətlində təqsirli bilib.

Xatırladaq ki, Vladimir Savkinin və Yuri Brilyovun qətllərinin təşkilində şəxsən Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılov ittiham olunur.

O, ikiqat qətlin təşkilində ittiham üzrə qiyabi həbs olunub. İstintaqın versiyasına görə, İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkinin və "Lyublino-Motors" şirkətinin təsisçisi Yuri Brilyovun qətlinin planını öz qardaşları Rafiq və Vaqiflə birgə hazırlayıb. (virtualaz.org)

Telman İsmayılovun şəxsi killerinə 13 il həbs verildi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu