Qəza törədən biznesmen oğluna prokuror cəza istədi

Xəbərin çap versiyası
Tarix: 13-03-2018, 15:32    |    Xəbər oxunub: 816 dəfə
Qəza törədən biznesmen oğluna prokuror cəza istədi


Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gündən sonra polisə təslim olan iş adamın 17 yaşlı oğlu yenidən hakim qarşısına çıxarılıb.



Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan Rəhim Rəhimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qəza törədən biznesmen oğluna prokuror cəza istədi


İttihama görə R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb. Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir. (virtualaz.org)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü-

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO

Qənirə Paşayeva məktəblilər üçün

Qənirə Paşayeva məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur