Xəlil Rzanın həyat yoldaşını aldadan şəxs məhkəmə qarşısında


Xəlil Rzanın həyat yoldaşını aldadan şəxs məhkəmə qarşısında


Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda ittiham olunan Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

M. Şəmsiyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, zərərçəkmiş Firəngiz Ulutürkə dəyən ziyanı ödəyəcəyini bildirib.

İş üzrə digər zərərçəkmiş şəxslər də dindirilib.

Məhkəmə prosesi martın 30-da davam etdiriləcək.

İttihama görə, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib.

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu