“Lotu Quli”ni söyən “Rahim Şəkinski” və arvadı Fransada güllələndi- TƏCİLİ!


“Lotu Quli”ni söyən “Rahim Şəkinski” və arvadı Fransada güllələndi-


Bu gün səhər saatlarında Fransada siyasi mühacir statusu ilə yaşayan iki azərbaycanlı güllələnib. Virtualaz.org Fransa KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 09.00 radələrində Tuluza yaxınlığındakı Colomie şəhərində baş verib.

“Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Rahim Namazovun arvadı Aidanın başından güllə yarası aldığı və vəziyyətinin kritik olduğu açıqlanıb. Polis daha sonra onun xəstəxanada öldüyü barədə məlumat verib. Rahim Namazov isə çiynindən güllə yarası alıb. Hadisə yerində polis və prokurorluq əməkdaşları təhqiqat aparır.

Fransa KİV-ləri Rahim Namazovu “siyasi mühacir” və “jurnalist” kimi təqdim edir. Onun ailə üzvləri ilə birlikdə 2010-cu ildə Fransaya mühacirət etdiyi bildirilir. Namazovlar ailəsi Fransada üç uşağı ilə yaşayırmış. Hadisə zamanı uşaqlar avtomobildə olmayıb.

Lakin virtualaz.org dəqiqləşdirir ki, Rahim Namazov əslində “Rahim Şəkinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir. O, əvvəllər Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Namazovun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

O da məlumdur ki, R.Namazov Fransaya jurnalist adı altında mühacirət edib, YouTube-də Namazovun özünün bu barədə danışdıqlarına rast gəlinir.

Bir neçə həftə əvvəl “Rahim Şəkinski” İstanbulda mənzillənmiş azərbaycanlı “vor zakon” “Lotu Quli”nin ünvanına söyüşlər yağdıraraq onu YouTube-də yerləşdirib. O, özünü İstanbulda güllələnmiş “Rövşən Lənkəranski”nin tərəfdarı kimi təqdim edib. Bundan sonra “Lotu Quli”nin tərəfdarları “Rahim Şəkinsiyə” YouTube vasitəsilə söyüşlər ünvanlayıblar. Qarşılıqlı söyüşmə günlərlə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu