Bibisini öldürən gəncin məhkəməsi başladı


Bibisini öldürən gəncin məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Abşeron rayon sakini 23 yaşlı Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 9-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 42 yaşlı Yeganə İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törədən V.Şıxəliyev tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu