Məhkəmə tanınmış avtoritetin cəzasını azaltdı


Məhkəmə tanınmış avtoritetin cəzasını azaltdı


Kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınan Emin Qasımovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.



Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Nərimanov rayon məhkəməsinin hökmü dəyişidirilib. Hakimlər kollegiyasının hökmünə əsasən, Emin Qasımovun cəzası 2 ildən 1 ilə azaldılıb.

Qeyd edək ki, Emin Qasımov Cinayət Məcəlləsinin 228-ci (soyuq silah saxlamaqda) təqsirli bilinib. O, Nərimanov rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Emin Qasımov dəfələrlə məhkum edilib. Onun qanuni oğru, mərhum Rövşən Lənkaranskinin yaxın silahdaşı "Hacı Beyləqanski" ilə yaxın münasibətdə olduğu bildirilir. Həmçinin Emin Qasımovun qardaşı Elnur Qasımov da kriminal aləmdə "qardaşoğlu" ayaması ilə tanınır. O, da bir müddət əvvəl azadlığa çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu