Bakıda çay evinin sahibəsi qarət olundu


Paytaxtda qadın iş adamı qarət olunub.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Belə ki, S.S.Axundov küçəsində yerləşən, Bakı şəhər sakini İntizar Süleymanovaya məxsus çay evində, içərisində 1 187 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd bankomat kartı olan pul kisəsini oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1979-cu il təvəllüdlü Anar Fərhad oğlu Kərimov tutulub.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu