Vətənə xəyanətdə təqsirləndirilənlərin məhkəməsi başladı

Xəbərin çap versiyası
Tarix: 13-04-2018, 16:37    |    Xəbər oxunub: 955 dəfə
Vətənə xəyanətdə təqsirləndirilənlərin məhkəməsi başladı


Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət maddəsi ilə təqsirləndirilən Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun növbəti məhkəmə prosesi keçirilib.



AFN ölkə.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə proesində təqsirləndirilən şəxslər ifadə veriblər.

Xatırladaq ki, Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlu ötən ilin fevral ayında saxlanılıblar. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

DTX-nın saytında xəbər verilir ki, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmirinin və Elçin Babayevin 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplanılması istiqamətində fəaliyyətləri kompleks əməliyyat nəzarətinə götürülərək sənədləşdirilib.

2017-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutularaq cinayətin qarşısı alınıb. Elşən Əmiri və Elçin Babayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qazyan kəndində səyyar-qəbul görüş

Qazyan kəndində səyyar-qəbul görüş

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Unudulmaz qış nağılı

Unudulmaz qış nağılı

İlin “ən yaxşıları” seçildi:

İlin “ən yaxşıları” seçildi: “Xəzər” Milli Mükafatı təqdim edildi-FOTOLAR

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Sabah Bakıda 12 dərəcə isti olacaq

Sabah Bakıda 12 dərəcə isti olacaq

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur