Allaha üsyan edən dostunu öldürən şəxsə bəraət verildi


Allaha üsyan edən dostunu öldürən şəxsə bəraət verildi


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək V.Həsənovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra məhkəmədə hökm elan olunub. Məhkəmə V.Həsənovun qətli özünümüdafiə məqsədi ilə törətdiyi qanetinə gələrək, onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə üsyan etməsi olub.

Belə ki, E.Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. V.Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib. E.Məmmədov oğlunun ölməsinə üzüldüyünü deyib və buna görə də Allahı və peyğəmbəri günahkar bilib, üsyan edib.

Daha sonra dostu V.Həsənov Allahı və peyğəmbərə üsyan etdiyi üçün ona etiraz edib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Onlar mübahisəni yas mərasimindən kənarda etməyə başlayıblar.

Mübahisə qanlı sonluqla nəticələnib. Onlar əvvəl bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

Ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb olunub, müayinələr aparılıb.

Hər iki şəxs eyni məhəllədə yaşayıb və yaxın dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu