"Anamı saçlarından tutub divara çırpdı"- Dəhşətli qətlin təfərrüatı

Xəbərin çap versiyası
Tarix: 25-04-2018, 14:48    |    Xəbər oxunub: 814 dəfə
"Anamı saçlarından tutub divara çırpdı"-


Türkiyənin Dənizli şəhərində sevgilisi tərəfindən döyülərək öldürülən azərbaycanlı, 2 uşaq anası Türkay İsayevanın yaxını cinayətin təfəreüatlarını açıqlayıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 18-də öldürülən 33 yaşlı qadının sevgilisi Mertkan Öztürk həbs olunub.

O, polisə verdiyi ifadəsindən Türkayın pilləkənlərdən düşərək öldüyünü bildirib. Lakin tibbi ekspertiza rəyində onun bədəninin böyük hissəsində zərbə izlərinə rast gəlindiyi qeyd olunub və döyülərək öldürüldüyü təsdiq edilib.

İsayevanın yaxını Natavan Əhmədova Türkayın dəfələrlə şiddətə məruz qaldığını gözləri ilə gördüyünü və ölümündən sonra da onu döyən sevgilisinin ailəsi tərəfindən hədələndiklərini söyləyib.

"Türkayla görüşürdük. Bir dəfə 2-3 günlüyə onlara getmişdim. Gözümün önündə ən az 4 dəfə qızı döydü. Həmişə döyürdü. Türkay onun əlindən qurtula bilmirdi. Heç kim bizim şikayətimizə baxmadı. Qardaşı həmişə şahid tapıb məsələni həll edirdi. Türkayı alıb götürmək istəyirdim, amma "sevirəm" deyirdi. Adam hər dəfə onu aldadırdı. Ölümündən 3 gün öncə onunla danışdım. Mənə, "ayrıldım, xilas oldum", dedi. Amma sevgilisi həmişə onu izlədi. Sonra da döyüb, öldürdü. Başı zərbədən parçalanmışdı", - deyə N. Əhmədova bildirib.

Hadisənin Türkayın əvvəlki münasibətindən olan 7 yaşlı oğlunun gözləri önündə baş verdiyini deyən N. Əhmədova sözlərinə belə davam edib:

"Uşaq hər şeyi danışdı. Dedi ki, "Anamın saçlarından tutub divara vurdu, ağzından, burnunda qan açıldı". Uşaq anasını hamama aparıb üzünü yuyub, lakin orada ölüb. Uşağı da ölümlə hədələyib. Psixologiyası pozulub, yata bilmir. Gözlərini yumam kimi, "Mert gəldi", deyib ağlamağa başlayır".

N.Əhmədova qatilin ailəsi tərəfindən hədələndiklərini bildirib və sonrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, ondan kömək istəyib:

"Qardaşı hadisənin şahidi olan uşağı da, bizi də hədələyir. "4 vəkil tutmuşuq, Merti xilas edəcəyik" deyirlər. O adamı həbsdən çıxarmalarına icazə verməsinlər. Türkayın Mertdən olan 5 aylıq bir uşağı var. O da Dənizlidə uşaqlar evindədir. Prezidentimizə səslənirik, bizə kömək etsin".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı:

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: Ayda 120 min manat...

Prezident Siyavuş Novruzovu təltif etdi-

Prezident Siyavuş Novruzovu təltif etdi- SƏRƏNCAM

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Hava şəraiti kəskin dəyişəcək-

Hava şəraiti kəskin dəyişəcək- Xəbərdarlıq

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir-

Qarabağ qazisi Aqil Əhmədovun həyatı təhlükədədir- Dəstək olun!

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib-

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib- FOTOLAR

Avstriyada 6 məscidin bağlanması ilə bağlı

Avstriyada 6 məscidin bağlanması ilə bağlı QƏRAR

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakıda kütləvi maliyyə fırıldağı-

Bakıda kütləvi maliyyə fırıldağı- “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü-

Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü- “EkoAvrasya” Türk dünyasını bir araya gətirir+VİDEO

Qənirə Paşayeva məktəblilər üçün

Qənirə Paşayeva məktəblilər üçün "Tariximizi öyrənək və təbliğ edək !" adlı tədbir keçirib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur