Deputatın çənəsini sındırdı və qaçdı- VİDEO


Deputatın çənəsini sındırdı və qaçdı-


Kiyevdə Ukrayna Ali Radasının “Pyotr Poroşenko bloku”undan deputatı Mustafa Nayemin çənəsini sındırıb Bakıya qaçan şəxsin görüntüləri yayılıb.



Ukrayna prokurorluğu həmin şəxsin deputatı döyəndən iki saat sonra Kiyevin “Borispol” hava limanından Bakıya uçduğunu təsdiq edib. Amma şəxsin kimliyi açıqlanmayıb, onun barəsində cinayət işi qaldırılması və barəsində axtarış elan edilməsi gözlənilir.

Deputatın çənəsini sındırdı və qaçdı-


Ukrayna telekanalları bildirir ki, həmin şəxs “Mercedes Galendewagen” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq deputatın idarə etdiyi “Honda” avtomobilinin yolunu kəsib. Bu vaxt tərəflər arasında mübahisə yaranıb. “Mercedes Galendewagen” sürücüsü köməyə dostlarını çağırıb, onlar BMW avtomobilində gəliblər və dava zamanı deputatın çənəsi sındırılıb. Mustafa Nayemə “Mercedes Galendewagen”in idmançı görkəmli sürücüsü zərbə endirib. O, hazırda xəstəxanadadır. (virtualaz.org)










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu