Əmi qardaşı qızına keçmiş evini taladı


Əmi qardaşı qızına keçmiş evini taladı


Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

DİN-nin Regional Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yerli sakin mayın 17-də Gəncə şəhər baş polis idarəsinə müraciət edərək bildirib ki, sözügedən tarixdə ona məxsus olan evdən külli miqdarda qızıl-zinət əşyaları naməlum şəxs və şəxslər tərəfindən oğurlanıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat istintaq tədbirləri həyata keçirib. Nəticədə müəyyən edilib ki, şəhər sakininin evinə girmiş şəxs şikayətçinin həyat yoldaşının Göygöl rayonunda anadan olmuş 1973-cü il təvəllüdlü əmisi Nofəl Məhərrəmovdur.

Hazırda saxlanılan Nofəl Məhərrəmov Rusiya Fedarasinda 6 il azadlıqdan məhrum edilib. Faktla bağlı araşdırma davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu