Avtobusa silahla girib polislə əlbəyaxa oldu- Bakıda olay

Xəbərin çap versiyası
Tarix: 23-05-2018, 16:52    |    Xəbər oxunub: 681 dəfə
Avtobusa silahla girib polislə əlbəyaxa oldu-


Bakıda marşrut avtobusunda qadına silahlı hücum edən şəxs hadisə yerində olan polis əməkdaşı tərəfindən tərk silah edilib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, mayın 22-də saat 22 radələrində “Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri” QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib. Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri-etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub. Mülki geyimdə olan Coşqun bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər.

Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb. Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat verib. Coşqun həmin şəxsi və maddi sübut kimi “Naqan” markalı tapançanı 7 ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib. C.Sadıqov deyir ki, qadın çox qorxduğundan hadisə yerindən uzaqlaşmışdı. Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Sadıxov olduğu müəyyən edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu-

Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu- FOTOLAR

Axtarışda olan 15 nəfər saxlanılıb

Axtarışda olan 15 nəfər saxlanılıb

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Yevlax yolunda iki nəfəron ölümü ilə nəticələnən yol qəzası baş verib

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Araz çayında batmış şəxsin cəsədi aşkarlanıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verirlər

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Tərtərlilər Milli Qurtuluş Gününü qeyd ediblər

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Qənirə Paşayeva Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı tədbirində gənclərə çağırış edib

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Azərbaycanlı jurnalisti öldürən sürücüyə hökm oxundu

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində  bayram tədbiri keçirilib

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur