DTX-dan əməliyyat: Elnur Vaqifoğlu həbs olundu

Xəbərin çap versiyası
Tarix: 24-05-2018, 13:34    |    Xəbər oxunub: 1 023 dəfə
DTX-dan əməliyyat:


Ağdam rayonunda məktəb direktorunun evinin həyətində silah-sursat basdıran şəxslərlə bağlı maraqlı məlumatlar üzə çıxıb.



AFN lent.az-a istinadən xəbər verir ki, bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi daxil olmuş əməliyyat məlumatı əsasında birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib və 1-ci Yüzbaşlı kənd sakini, həmin kənddəki məktəbin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança, 2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı əməliyyat məlumatının hüquq-mühafizə orqanlarına qəsdən ötürüldüyü, silah-sursatın Polad Zeynalova məxsus olmaması məlum olub. Araşdırmalar nəticəsində məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb.

Bildirilir ki, bir müddət əvvəl Yüzbaşı kənd məktəbinin direktoru vəfat edib və onun yerinə oğlu Polad Zeynalov təyin edilib. Bundan sonra məktəbin direktoru ilə orada müəllim işləyən Vüsal Əliyev arasındakı əvvəldən gərgin olan münasibətlər daha da gərginləşib. Ədavət zəminində V.Əliyev direktorun həbs edilməsinə çalışıb və dostu Elnur Vaqifoğlu ilə birgə plan hazırlayıblar. Bu işdə onlara V.Əliyevin bacısının həyat yoldaşı Rizvan Mirzəliyev də kömək edib və onlar əldə etdikləri silah-sursatı gizli yolla Polad Zeynalovun evinin həyətində basdırıblar. Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat ötürülüb.

Məlumata görə, direktorun işdən çıxarılması və həbs edilməsi üçün planın əsas müəllifi olan Elnur Vaqifoğlu bölgədə jurnalist kimi tanınır və bir neçə saytın rəhbəridir. Onun barəsində mətbuatda daha çox xoşagəlməz məlumatlara rast gəlinir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əbülfəz Məlikov və Abşeron Logistika Mərkəzindəki sərgüzəştləri…-

Əbülfəz Məlikov və Abşeron Logistika Mərkəzindəki sərgüzəştləri…- Yeni sistem qurulur?

"Başınız qarışıb sürücülük vəsiqəsi satmağa!"- Etibar Əliyev yol polisi rəhbərliyini "TOPA TUTDU"

Tərtərdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib-

Tərtərdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib- FOTOLAR

Türkiyədə qəzaya uğrayan gəminin xilasedici qayığı tapılıb-

Türkiyədə qəzaya uğrayan gəminin xilasedici qayığı tapılıb- Meyitin şəxsiyyəti müəyyən olunub+Yenilənib

"İranlı şairənin inqilabı"- Mərahim Nəsib yazır

Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Bakıda yaşayış binasında yanğın:

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyyə edilib

20 Yanvar faciəsindən 29 il ötür

20 Yanvar faciəsindən 29 il ötür

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycanda təcavüz qalmaqalı:

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir-Təfərrüat

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib-

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib-

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur