Cahangir Hacıyevə yeni cinayət işi açıldı

Xəbərin çap versiyası
Tarix: 27-07-2018, 12:01    |    Xəbər oxunub: 709 dəfə
Cahangir Hacıyevə yeni cinayət işi açıldı


"Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanılıb.



Bankdakı mənbənin "Qafqazinfo”ya verdiyi məlumata görə, sabiq rəhbər C.Hacıyev bu dəfə də mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbərə görə, C.Hacıyev bankın Moskva filialındakı yeyintilərlə bağlı dindirilir. Onun həmin filialda maxinasiya edərək dövlətin və bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir.

C.Hacıyevin vəkili Aqil Layıcov açıqlamasında belə bir məlumatdan xəbərsiz olduğunu bildirib: "İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrünü?”

Qeyd edək ki, C.Hacıyev 2015-ci ildə eyni maddə ilə ittiham edilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur