Balakəndə evlərdən oğurluq edən şəxs saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 4-08-2018, 11:54    |    Xəbər oxunub: 715 dəfə
Balakəndə evlərdən oğurluq edən şəxs saxlanılıb


İyul ayının 9-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini evindən 2 ədəd qızıl-zinət əşyasının və 300 manat pulunun oğurlandığını bildirib.



DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-tədbirləri nəticəsində oğurluğu edənin Zaqatala şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Burcalıyev olduğu məlum olub. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. F.Burcalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Balakən rayonunda daha 2 evdən də oğurluq etdiyi məlum olub. Belə ki, iyulun 18-də şəhər ərazisindəki evlərin birindən 2 ədəd müxtəlif qızıl-zinət əşyasının və 500 manat pulun, avqustun 1-də isə başqa bir evdən ümumi dəyəri 15 min manat olan qızıl-zinət əşyalarını oğurladığı aşkar edilib.

Oğurlanmış qızıllar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur