Sabiq deputatın mənzili qarət olunub- 10 min manatlıq qızıl əşyaları oğurlandı


 Sabiq deputatın mənzili qarət olunub-


Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin mənzili qarət olunub.



Qulamhüseyn Əlibəyli faktı Avropa.info-ya təsdiqləyib.

Partiya sədri hadisənin konkret olaraq hansı gündə baş verdiyini bilmədiyini deyib.

Onun sözlərinə görə, qarət onun yaşadığı Yasamal rayonu F.İbrahimbəyov küçəsi bina 12-də baş verib.

O bildirib ki, ailə üzvlərimizlə birlikdə avqustun 3-dən -6-dək evdə olmamışıq və yəqin ki, hadisə də bu dövrdə olub.

Q.Əlibəyli deyib ki, evindən təqribən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb: “Hadisə ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verilib və istintaq əməliyyatı gedir”.

Oğru və ya oğruların mənzilə eyvandan keçməklə daxil olublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu