Gəncə hadisələrinə görə daha bir nəfər həbs edildi


Gəncə hadisələrinə görə daha bir nəfər həbs edildi


Gəncə şəhərində törədilən cinayət hadisələri ilə əlaqədar daha bir nəfər həbs edilib.



AFN "Report"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Hikmət Natiq oğlu Əliyevin barəsində Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2, 279.1-1, 277 və 315.2-ci maddələri (ümumilikdə, 21 maddə) ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Gəncə hadisələri bu ilin iyulun 3-də və 10-da törədilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu