36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı- Bakıda ŞOK CİNAYƏT


36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı-


Bakıda pedofil həbs edilib.

Bu barədə hüquq-mühafizə orqanlarından "Sputnik Azərbaycan" saytına məlumat verilib. Verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.

Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır.

Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elbrus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu