Moskvada atışma: azərbaycanlı, erməni, çeçen və gürcü saxlanıldı


Moskvada atışma:


Moskvanın cənubundakı Qərbi Biryulevoda baş verən və silahlı atışma ilə müşayiət olunan kütləvi davadan sonra 20 nəfər polis bölməsinə gətirilib.



AFN-in oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Çeçenistan, Azərbaycan, Gürcüstan və Ermənistan vətəndaşları olub.

Moskva polis idarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə dünən yerli vaxtla 21:00-da baş verib. Sakinlər Bulatnikov küçəsində sürücülərin dalaşdığı ilə bağlı məlumat verib. İnsident zamanı silah səsləri eşidilib.

Hadisəyə səbəb kimi "VAZ” və "Mersedes” markalı iki avtomobilinin qəza şəraiti yaratması göstərilib. Tərəflər arasında mübahisə düşüb.

Hadisə nəticəsində üç nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu