"Lotu Quli" Lənkəranskinin qətlində ittiham olunur: Azərbaycana ekstradisiya ediləcək-YENİLƏNİB


"Lotu Quli" Lənkəranskinin qətlində ittiham olunur:


"Lotu Quli" ləqəbli Nadir Səlifovun İstanbulda ötən axşam saxlanılması ilə bağlı detallar məlum olur.



AFN milli.az-a istinadən xəbər verir ki, Qulinin adı Azərbaycan və Rusiyada bir çox cinayət işində hallanır, eləcə də 2016-cı ilin avqust ayında Beşiktaşda Rövşən Lənkəranskinin (Caniyev) öldürülməsi hadisəsində sifarişçi olmaqda təqsirləndirilir.

Azərbaycan hökumətinin barəsində həbs qərarı verildiyi bildirilən Səlifov İstanbulda yaşadığı ünvana təşkil edilən əməliyyat zamanı saxlanılıb.

Lotu Qulinin istintaqı yekunlaşdıqdan sonra Azərbaycana ekstradisiya ediləcəyi deyilir.

***

Türkiyədə yaşayan "qanuni oğru” Nadir Səlifov ("Lotu Quli”) İstanbulda saxlanılıb.

AFN "qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində kriminal aləmin üzvünü yaxalayaraq onu müvəqqəti təcridxanaya gətiriblər.

"Loti Quli” Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir.

Qeyd olunur ki, Rusiyanın "Rambler. ru” saytında "Türkiyədəki oğru Rusiyadan xərac yığır” başlıqlı xəbərdən sonra İstanbul polisi hərəkətə keçib. "Lotu Quli”nin yaşadığı ünvan müəyyən edilərək evinə polis basqını təşkil olunub.

Hazırda "Lotu Quli” İstanbul Polis İdarəsində dindirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu