Elmar Vəliyevin “sağ əlinə” cinayət işi açıldı: 100 min dollarlıq ittiham

Xəbərin çap versiyası
Tarix: 9-10-2018, 18:00    |    Xəbər oxunub: 693 dəfə
Elmar Vəliyevin “sağ əlinə” cinayət işi açıldı: 100 min dollarlıq ittiham


Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi, Elmar Vəliyevin "sağ əli” kimi tanınan Məharət Mustafayevə cinayət işi açılıb.



AFN bakupost.az-a istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib.

Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb. Lakin hələlik həbs olunmayıb. Məlumata görə, onun məsuliyyətə cəlb olunmasında yeni icra başçısı da maraqlıdır. Çünki zərərçəkən sakinlər İcra Hakimiyyətinə gələrək kömək istəyirlər. Kimisi Məharət Mustafayevdən torpaq aldığını, lakin buna görə müvafiq sənədlərin verilmədiyini, kimisi pulu ödəsə də tikinti üçün torpaq ayrılmadığını, kimisi də satılmış torpağa görə verilən sənədlərdə ciddi uyğunsuzluqların olduğunu iddia edir. Şikayətçilər arasında daha böyük məbləğlərdə vəsaitdən məhrum olmuş iş adamları da var.

Elmar Vəliyevin “sağ əlinə” cinayət işi açıldı: 100 min dollarlıq ittiham

Məharət Mustafayev

Məlum olub ki, cinayət işi Tutu Əhmədova, Eynulla Kərimov, Asim Kazımov və digərlərinin şikayəti əsasında açılıb və cinayət işi üzrə müəyyən istintaq hərəkətləri də aparılıb, M.Mustafayev bir neçə dəfə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb.

Şikayətçilər iddia edirlər ki, M.Mustafayev onlara torpaq sahəsi ayıracağı adı altında müxtəlif məbləğlərdə pul alıb, lakin nə vəd olunmuş torpaq verilib, nə də pul geri qaytarılıb. Şikayətçilərdən T.Əhmədova Rusiya vətəndaşıdır və Baş Prokurorluğa yazdığı şikayətdə M.Mustafayevin ondan 100 min dollar aldığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
DİN sürücülərə xəbərdarlıq etdi

DİN sürücülərə xəbərdarlıq etdi

Zamiqlə Röyanın

Zamiqlə Röyanın EHTİRASLI RƏQSİ — VİDEO

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

19 iyun 1920-triumviratın ölümü -

19 iyun 1920-triumviratın ölümü - Fətəli Xan Xoyskinin qətli

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi:

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb -

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb - VİDEO

Nikah və boşanmaların statistikası açıqlanıb

Nikah və boşanmaların statistikası açıqlanıb

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib -

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib - VİDEO

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Yusif Mustafayev efirdə söyüş söydü -

Yusif Mustafayev efirdə söyüş söydü - VİDEO

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Mələk Siyaranın əziz xatirəsinə -

Mələk Siyaranın əziz xatirəsinə - Fəxrəddin Nağıyev yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur