Bakıda müəlliməni rüsvay etməklə hədələyən sevgililərə hökm oxundu


Bakıda müəlliməni rüsvay etməklə hədələyən sevgililərə hökm oxundu


Qadını şantaj edən şəxslər hakim qarşısına çıxarılıb.



Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Zalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Səkinə Hümbətovaya isə şərti cəza verilib.

Xatırladaq ki, hadisə bu ilin mart ayında baş verib. Bakı şəhər sakini Y.Zalov paytaxt sakini A.M barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat pul manat alıb.

Növbəti dəfə isə martın 12-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib.

500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Y.Zalov bu əməli sevgi münasibətində olduğu S.Hümbətova ilə birgə törətdiyi üzə çıxıb və hər ik şəxs həbs edilib. Daha sonra Səkinə Hümbətov ev dustaqlığına buraxılıb.

Onlara Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qadın Bakı şəhərində məktəblərin birində müəllimə işləyir.

Bildirək ki, bu hadisə baş verən zaman bəzi saytlar zərərçəkmişin ölməsi barədə də məlumat yaymışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu