Azərbaycanda ər-arvad intihar etdi


Azərbaycanda ər-arvad intihar etdi


Yanvarın 2-də Quba rayonunda intihar hadisəsi baş verib.



Rayonun Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Məlumata görə, beş gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı – 1969-cu il təvəllüdlü Səməd Bədirxanovözünü yaşadığı evin talvarından asaraq intihar edib.

Bildirilir ki, ailədə ciddi problemlər olub, Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub.

Hər iki faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır. (publika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu