Bakıda 1 milyon saxta rus rublunu satmaq istəyən şəxslər saxlanılıb- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 10-01-2019, 13:45    |    Xəbər oxunub: 614 dəfə
Bakıda 1 milyon saxta rus rublunu satmaq istəyən şəxslər saxlanılıb-


Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.



DİN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Baş İdarəyə Şirvan və Həsən adlı şəxslərin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər - Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev 1.000.000 saxta rus rublunu 8000 manata satmaq istəyən zaman saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış keçirilən zaman əlavə olaraq digər maddi sübutlar aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim edilən 500-lük banknotlardan ibarət ümumilikdə 1.000.000 saxta rubl yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Ələkbərov və Ş.Musayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bakıda 1 milyon saxta rus rublunu satmaq istəyən şəxslər saxlanılıb-
Bakıda 1 milyon saxta rus rublunu satmaq istəyən şəxslər saxlanılıb-
Bakıda 1 milyon saxta rus rublunu satmaq istəyən şəxslər saxlanılıb-
Bakıda 1 milyon saxta rus rublunu satmaq istəyən şəxslər saxlanılıb-
Bakıda 1 milyon saxta rus rublunu satmaq istəyən şəxslər saxlanılıb-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Elnarə medalla təltif olundu -

Elnarə medalla təltif olundu - FOTOLAR

Rəqsanəyə cinayət işi açıla bilər -

Rəqsanəyə cinayət işi açıla bilər - AÇIQLAMA

Məktəbli formaları dəyişir -

Məktəbli formaları dəyişir - Nazirlikdə işçi qrupu yaradıldı

NRYTN inhisarçılıq edib:

NRYTN inhisarçılıq edib: Nazirliklə bağlı məcburi qərar qəbul edildi

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?-

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?- "Azəriqaz"dan açıqlama

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur