Cəlilabadda Məşğulluq Mərkəzinin 3 əməkdaşı korrupsiya faktı üzrə saxlanılıb


Cəlilabadda Məşğulluq Mərkəzinin 3 əməkdaşı korrupsiya faktı üzrə saxlanılıb


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin üç əməkdaşı korrupsiya faktına görə saxlanılıb.



Vitualaz.org-un əldə etdiyi məlumata görə, Mərkəzin direktoru Mehdi Abbasov, baş mühasibi Hafiz Məmmədov və aparıcı mütəxəssisi Ziya Muradov özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran 60 nəfərə yaxın vətəndaşa mal və materialların verilməsi üçün hərəsindən 1500-2000 manat rüşvət almaqda şübhəli bilinirlər.

Faktala bağlı cinayət işi qaldırılaraq araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu