Bakıda ticarət mərkəzində tanınmış xanəndənin pulunu oğurladılar- VİDEO


Bakıda ticarət mərkəzində tanınmış xanəndənin pulunu oğurladılar-


Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.



Bakıda ticarət mərkəzlərindən birində ayaqqabı alan qadının pul kisəsi oğurlanıb.

AFN xezerxeber.az-a istinadən xəbər verir ki, oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərindən birində baş verib.

İbrahim Allahverdiyev Nərimanov rayon 18-ci polis şöbəsinə müraciət edərək həyat yoldaşı Səbinə Ərəblinin içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.

Qeyd edək ki, portmanatı oğurlanan Səbinə Ərəbli tanınmış xanəndədir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu