Cəlilabadda 28 yaşlı gənc taksidə döyülərək öldürülüb


Cəlilabadda 28 yaşlı gənc taksidə döyülərək öldürülüb


Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb. Hadisə taksidə baş verib.



Belə ki, Cəlilabad şəhəri, Təbriz küçəsi, 68 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu döyülmüş vəziyyətdə yaşadığı ünvana gəlib.

O, evdə əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.

Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Mirzəyev aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertiza təyin edilib, hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq əməliyyat-tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu