“Qrand hotel”dəki qətl məhkəmədə araşdırılır


“Qrand hotel”dəki qətl məhkəmədə araşdırılır


Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə ittiham olunan 32 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən “Qrand Hotel”də baş verib. Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, özündən 8 yaş kiçik Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu