Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda həbs edildi


Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda həbs edildi


Azərbaycan dövlətinin "İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.



AFN Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz Rüstəmov Gürcüstanda saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu