Yevlaxda silahlı insident- Keçmiş məhkum qətlə yetirilib


Yevlaxda silahlı insident-


Yevlax rayonunda silahlı insident nəticəsində 1 nəfər qətlə yetirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ərəbbəsrə kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən fermaların birində qarolçu işləyən, 1960-cı il təvəllüdlü Bəylər Tahir oğlu Qafarov işdə olan zamam naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.

Qətlə yetirilmiş şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu